26 Avqust 2020, 22:51
                
                
                
                                AVROPA LİQASI 
                                
                
               
              
				 
 
	Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsi həyəcanı davam edir.
	Matc.az xəbər verir ki, bu gün turnirdə daha bir qarşılaşma keçirilib.
	İkinci oyun gününün yeganə matçı Lüksemburqda baş tutub. Yerli "Proqress" Monteneqro təmsilçisi "Zeta" ilə qarşılaşıb. Lüksemburqlular bu qarşılaşmadakı qələbə ilə 2-ci təsnifat mərhələsinə yüksəlib.
	İlk oyun günündə Litvanın "Riteryay" klubu da "Derri Siti"dən (İrlandiya) güclü olmuşdu – 3:2.
	Qeyd edək ki, mərhələyə avqustun 27-də yekun vurulacaq.
	Avropa Liqası
	1-ci təsnifat mərhələsi
	26 avqust
	Proqress (Lüksemburq) - Zeta (Monteneqro) – 3:0
	Qol: Tekiela, 11; 55. Til, 90.
				
         	
                                             
               
            
 










