27 Avqust 2020, 18:43
                
                
                
                                AVROPA LİQASI 
                                
                
               
              
				 
 
	Azərbaycanlı FİFA referisi Rəhim Həsənov Avropa Liqasının oyununu idarə edib.
	Matc.az xəbər verir ki, həmyerlimizin rəhbərlik etdiyi hakimlər briqadası 1-ci təsnifat mərhələsində Lüksemburqda yerli "Proqress" və Monteneqronun "Zeta" klubları arasındakı görüşdə iş başında olub.
	Lüksemburqluların 3:0 hesablı qələbəsiylə başa çatan matçda Həsənov meydan sahiblərinin 4, qonaqların 3 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Bundan əlavə, o, 55-ci dəqiqədə qonaqların qapısına penalti təyin edib.
	Həsənova yan xətt hakimləri Mübariz Haşımov və Pərvin Talıbov kömək edib. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib.
				
         	
                                             
               
            
 










