Daha əvvəl Bosniya və Herseqovina təmsilçisinin 5 futbolçusunda virus aşkarlanmışdı. Onlar bu səbəbdən İsrailə aparılmamışdılar.

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün keçirilməli olan "Makkabi" (Hayfa, İsrail) - "Jelezniçar" (Bosniya və Herseqovina) görüşü təxirə salınıb.
 
Matc.az xəbər verir ki, buna qonaq komandanın daha 6 üzvünün koronavirusa yoluxması səbəb olub.
 
Daha əvvəl Bosniya və Herseqovina təmsilçisinin 5 futbolçusunda virus aşkarlanmışdı. Onlar bu səbəbdən İsrailə aparılmamışdılar.
 
UEFA da artıq matçın təxirə salındığını təsdiqləyib. Görüşün yeni tarixi qarşıdakı günlərdə açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest