27 Avqust 2020, 21:37
                
                
                
                                AVROPA LİQASI 
                                
                
               
              
				 
 
	Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün keçirilməli olan daha bir oyun təxirə salınıb.
	Matc.az xəbər verir ki, "Nomme Kalyu" (Estoniya) – "Mura" (Sloveniya) qarşılaşması da bu gün keçirilməyəcək.
	Buna hər iki komandanın futbolçularında koronavirus aşkarlanması səbəb olub.
	Daha öncə "Makkabi" (Hayfa, İsrail) – "Jelezniçar" (Bosniya və Herseqovina) matçı qonaq komandanın futbolçularında koronavirus aşkarlandığı üçün təxirə salınmışdı. Hər iki oyunla bağlı UEFA-nın yaxın günlərdə qərar verməsi gözlənilir.
				
         	
                                             
               
            
 










