27 Avqust 2020, 22:20
AVROPA LİQASI
"- Fikrimcə, əsas heyət çox dəyişməmişdi. Əsas məqamları və rəqibin hücumunu yaxşı təhlil etmişdik. Nəticə də rəqibi yaxşı təhlil etdiyimizi göstərir"
Şimali Makedoniyanın "Şkendiya" klubunun baş məşqçisi Ernest Qyoka Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Bundan əvvəlki konfransda dediyim kimi, rəqibi yaxşı təhlil etmişdik. Komanda oyunu oynayaraq qələbə qazandıq və növbəti mərhələyə keçdik.
- "Sumqayıt"ı ümid etdiyiniz kimi gördünüz?
- Fikrimcə, əsas heyət çox dəyişməmişdi. Əsas məqamları və rəqibin hücumunu yaxşı təhlil etmişdik. Nəticə də rəqibi yaxşı təhlil etdiyimizi göstərir.
- "Sumqayıt"ın heyətində öz komandanızda görmək istədiyiniz, xüsusilə fərqləndirdiyiniz oyunçu varmı?
- "Sumqayıt" yaxşı komandadır, yaxşı futbolçuları var. 10 və 18 nömrəli futbolçuları fərqləndirərdim. Rəqibdə çatışmayan Avroliqa təcrübəsidir.