Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq yarımmüdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto" da bu turnirdə qüvvəsini sınayıb.
 
Moldova klubu səfərdə Latviya "Ventspils"i ilə qarşılaşıb. üç qolun qeydə alındığı matç Nağıyevin komandasının məğlubiyyəti ilə başa çatıb – 1:2.
 
Dmitri də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest