"Rəqib çox qapalı oynadı deyə, hücum etməyə çətinlik çəkdik. Daha çox cinahdan oynamaq istəyirdik, çünki rəqib bizi mərkəzdən sıxışdırırdı. Nəticədə cinah ötürməsindən sonra qol vurduq"

"Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın "Şkupi" klubu üzərində qazandıqları qələbəni (2:1) dəyərləndirib.
 
Matc.az xəbər verir ki, ikinci qolda məhsuldar ötürmənin müəllifi bildirib ki, komanda Avroliqada uğurlu çıxış etmək üçün daha yaxşı oynamalıdır:
 
"çox çətin oyun oldu. Rəqib çox qapalı oynadı deyə, hücum etməyə çətinlik çəkdik. Daha çox cinahdan oynamaq istəyirdik, çünki rəqib bizi mərkəzdən sıxışdırırdı. Nəticədə cinah ötürməsindən sonra qol vurduq. Oyuna daha çox nəzarət etməliyik. İlk hissənin sonlarında yersiz top itirməyə başladıq. Şükür Allaha, mərhələni keçdik, amma Avroliqada uğurlu çıxış etmək üçün daha yaxşı oynamalıyıq. Məşqçimiz mərkəzdən daha az oynamağımızı tapşırdı deyə, sonuncu dəqiqəni saymasaq, ikinci hissədə rəqib əks-hücum yarada bilmədi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest