28 Avqust 2020, 18:22
AVROPA LİQASI
Azərbaycanlı FİFA referisi Rauf Cabbarov Avropa Liqasının oyununu idarə edib.
Matc.az xəbər verir ki, həmyerlimizin rəhbərlik etdiyi hakimlər briqadası 1-ci təsnifat mərhələsində Qazaxıstanda yerli "Ordabası" və Rumıniyanın "Botoşani" klubları arasındakı görüşdə iş başında olub.
Rumınların 2:1 hesablı səfər qələbəsiylə başa çatan matçda Cabbarov meydan sahiblərinin 2, qonaqların 5 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Bundan əlavə, o, 12-ci dəqiqədə qonaqların qapısına penalti təyin edib. Lakin qazaxlar bu şansdan istifadə edə bilməyiblər.
Cabbarova yan xətt hakimləri Pərvin Talıbovla Elşad Abdullayev kömək edib. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib.
Xatırladaq ki, Azərbaycanın digər FİFA referisi Rəhim Həsənov da Avroliqanın 1-ci təsnifat mərhələsində Lüksemburqda yerli "Proqress" və Monteneqronun "Zeta" klubları arasındakı görüşdə (3:0) iş başında olub.