"Neftçi"nin prezidenti Kamran Quliyev Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qalatasaray"a rəqib olmaları ilə əlaqədar "Bein Sports"a müsahibə verib.
 
Matc.az xəbər verir ki, o, İstanbul nəhənginə rəqib olmalarına sevindiklərini bildirib:
 
"İki qardaş ölkənin ən böyük komandaları qarşılaşacaq. Bakıda baş tutacaq matç koronavirus pandemiyası ilə əlaqədar azarkeşsiz keçiriləcək. Təəssüf ki, bu oyunda azarkeş görə bilməyəcəyik. Amma müdhiş bir qarşılaşma olacaq. Hər iki komandadan gözləntilər böyükdür. İnanmaq istəyirəm ki, bu tarixə keçəcək bir matç olacaq. 
 
Hər matçdan öncə meydana çıxan komandaların şansları bərabər olur. "Qalatasaray"ı öz meydanımızda qəbul edəcəyik. "Qalatasaray"ın tarixinə, gücünə bələdik. Amma "Neftçi" də 83 yaşlı bir klubdu, gözləntilərimiz böyükdür. Biz də mərhələni keçmək istəyirik. İnanıram ki, gözəl futbol izləyəcəyik". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest