31 Avqust 2020, 21:20
AVROPA LİQASI
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə rəqib olmalarına qeyri-adi formada reaksiya verib.
Matc.az xəbər verir ki, püşkatma mərasimini canlı izləyən 67 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin adını görəndə buna çox sevinib və bunları söyləyib:
"Neftçi" ilə rəqib olduq? Yaxşıdır. Heç olmasa, həmyerlilərimizi, can qardaşlarımızı tapdıq".
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyununa saat 20:00-da start veriləcək.