İngiltərənin "Arsenal" klubu Henrix Mxitaryanın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
 
Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Erməni yarımmüdafiəçi karyerasını son mövsümdə icarə əsasında çıxış etdiyi "Roma"da davam etdirəcək.
 
Mxitaryanın "Roma" ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb. 31 yaşlı futbolçu 2019-cu ilin sentyabrından paytaxt klubunda çıxış edir.
 
Mxitaryan 2018-ci ilin yayında "Mançester Yunayted"dən "Arsenal"a keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest