"Rəqiblərimiz yaxşı komandadır. Heç bir komandaya zəif kollektiv kimi baxa bilmərik"

Matc.az xəbər verir ki, bu sözləri Monteneqro yığmasının futbolçusu Stefan Yovetiç UEFA Millətlər Liqasında Kiprlə keçirəcəkləri matçdan öncə "Sportklub" nəşrinə açıqlamasında deyib.

"Monako" klubunda çıxış edən 31 yaşlı hücumçu qrupdakı yığmalardan səviyyəcə üstün olduqlarını bildirib: "Yaxşı nəticələr qazanacağımıza inanmalıyıq. Monteneqro üçün ən yaxşısını etməyə çalışacağıq. Millətlər Liqası əla turnirdir. Oyunlar yoldaşlıq görüşlərindən daha ciddidir. Hesab edirəm ki,nyüksək reytinq uğrunda mübarizə apara bilərik".

Qeyd edək ki, Monteneqro Azərbaycan millisi ilə ilk oyununu oktyabrın 10-da evdə keçirəcək. İkinci qarşılaşma isə noyabrın 14-də Bakıda olacaq.

Canni De Byazinin baş məşqçi olduğu komanda ilk oyununu sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest