İtaliyanın "Krotone" klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Ayaks"dan Lisandro Maqalyanı icarəyə götürüb.
 
Bu barədə "Krotone"nin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi 2020/21 mövsümünü İtaliya klubunda keçirəcək.
 
Argentinalı futbolçu geridə qalan mövsümü icarə əsasında İspaniyanın "Alaves" klubunda keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest