Futbol üzrə UEFA çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqiblərindən olan Xorvatiyanın "Dinamo" klubunun bir futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Lakin həmin şəxsin adı açıqlanmayıb. "Dinamo" oyunçuların və məşqçilər heyətinin karantinə alınmasına ehtiyac olmadığını bildirib.
 
Zaqreb təmsilçisi 3-cü təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda "Qarabağ" – "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.
 
Pley-off mərhələsinin ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları 29-30 sentyabrda oynanılacaq. 3-cü təsnifat mərhələsinin görüşləri isə 15-16 sentyabrda gerçəkləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest