Futbol üzrə İspaniya Sequndasında 2020/21 mövsümünə start verilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də yeni mövsümdə ilk matçına çıxıb.
 
Sözügedən komanda ilk görüşünü elitanı yenicə tərk edən "Espanyol"a qarşı keçirib. Barselonada baş tutan qarşılaşma ev sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Matça start heyətində başlayan İsrafilov 37-ci dəqiqədə sarı vərəqə almaqla "fərqlənib". Eddi fasilədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest