İtaliyanın "Roma" klubunun futbolçusu Nikolo Zaniolo əməliyyat olunub.
 
Matc.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi bu gün Avstriyada əməliyyat edilib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onun əməliyyatının uğurlu keçdiyi və bu gündən reabilitasiyasının başladığı bildirilir. Gənc futbolçu 3-4 gün İnsbrukdakı xəstəxanada qalacaq.
 
Zaniolonun fevral ayına qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilsə də, bu müddətin daha qısa çəkəcəyi ehtimal edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest