Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray" bu oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
 
Matc.az xəbər verir ki, Türkiyə nəhənginin baş məşqisi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib.
 
Heyətdə 2 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 7 hücumçu yer alıb. Zədəli Fernando Muslera, Ahmet çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan çağlayan Bakıya gətirilməyəcək.
 
Qapıçılar: 34. Okan Kocuk, 99. Fatih öztürk;
 
Müdafiəçilər: 2. Şener özbayraklı, 3. Omar Elabdellaui, 14. Martin Linnes, 15. Rayan Donk, 19. ömer Bayram, 27. Kristian Luyindama, 36. Marselo Saraççi, 45. Markao;
 
Yarımmüdafiəçilər: 4. Taylan Antalyalı, 10. Yunes Belhanda, 13. Oqenekaro Etebo, 21. Cimmi Durmaz, 54. Emre Kılınç, 89. Sofian Fequli;
 
Hücumçular: 8. Rayan Babel, 9. Radamel Falkao, 35. Yunus Akgün, 66. Arda Turan, 77. Jesse Sekidika, 80. Ali Yavuz Kol, 90. Mbaye Diane.
 
Qeyd edək ki, "Qalatasaray" sentyabrın 17-də Bakı Olimpiya Stadionunda "Neftçi"nin qonağı olacaq. Oyuna saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest