İngiltərə klublarının 4 oyunçusunda koronavirus aşkarlanıb. Matc.az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, test nəticələri müsbət cavab verən futbolçular Premyer Liqa təmsilçilərinin üzvləridir.

İnfeksiyaya yolxumuş oyunçuların adları açıqlanmayıb. Onların təcrid olunduğu və 10 gün karantində qalacağı bildirilib.

Xatrıladaq ki, Premyer Liqanın 2020-21 mövsümü koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest