18 Sentyabr 2020, 01:55
AVROPA LİQASI
Bu gün futbol üzrə Avropa Liqasında 2-ci təsnifat mərhələsinin daha 42 oyunu keçirilib.
Matc.az xəbər verir ki, Əsas yolda 33, çempionlar yolunda 9 matç baş tutub.
Bir görüş isə yarımçıq dayandırılıb. Bu, "Riqa" – "Tre Fiori" matçıdır. Əlverişsiz hava şəraiti oyunu başa çatdırmağa imkan verməyib və matç başqa vaxta təxirə salınıb.
Azərbaycan təmsilçisi "Neftçi" evdə Türkiyənin "Qalatasaray" klubuna 1:3 hesabı ilə uduzub. Günün ən böyükhesablı qələbəsini "Reyncers" qazanıb. Şotlandiyalılar səfərdə "Linkoln"un qapısından 5 cavabsız top keçirib.
Mərhələnin ən məhsuldar oyunu Serbiyada baş tutub. "Topola" və "Styaua" arasında qarşılaşmanın 120 dəqiqəsində 12 qol vurulub.
Bu mərhələdən mübarizəyə başlayan İngiltərənin "Tottenhem", İtaliyanın "Milan" klubları da mərhələ adlayan tərəf olub.
Avropa Liqası
2-ci təsnifat mərhələsi
16 sentyabr
"Proqress" (Lüksemburq) – "Villem II" (Niderland) 0:5
"Hammarbü" (İsveç) – "Lex" (Polşa) 0:3
B-36 (Farer adaları) – TNS (Uels) 2:2 (penaltilər 5:4)
17 sentyabr
"Kaysar" (Qazaxıstan) - APOEL (Kipr) - 1:4
"Ventspils" (Latviya) - "Rusenborq" (Norveç) - 1:5
"Renova" (Şimali Makedoniya) - "Hayduk" (Xorvatiya) - 0:1
"Teuta" (Albaniya) - "Qranada" (İspaniya) - 0:4
"Linkoln" (Cəbəllütariq) - "Reyncers" (Şotlandiya) - 0:5
"Botoşani" (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) – 0:1
"Bodo Qlimt" (Norveç) - "Jalgiris" (Vilnüs, Litva) - 3:1
"Göteborq" (İsveç) - "Kopenhagen" (Danimarka) - 1:2
"Lokomotiv" (Plovdiv, Bolqarıstan) - "Tottenhem" (İngiltərə) – 1:2
"Neftçi" (Azərbaycan) - "Qalatasaray" (Türkiyə) - 1:3
"Riteryay" (Litva) - "Slovan" (çexiya) - 1:5
"Olimpiya" (Sloveniya) - "Zrinski" (Bosniya və Herseqovina) – 2:2
"Hibernians" (Malta) - "Fehervar" (Macarıstan) - 0:1
"Laçi" (Albaniya) - "Hapoel" (Beer-Şeva, İsrail) - 1:2
"Lokomotivi" (Gürcüstan) - "Dinamo" (Moskva, Rusiya) - 2:1
"Makkabi" (Hayfa, İsrail) - "Kayrat" (Qazaxıstan) - 2:1
"Sfintul" (Moldova) - "Partizan" (Serbiya) - 0:1
çSKA (Sofiya, Bolqarıstan) - BATE (Belarus) - 2:0
OFİ (Yunanıstan) - "Apollon" (Kipr) - 0:1
"Aris" (Yunanıstan) - "Kolos" (Ukrayna) - 1:2
"Borats" (Bosniya və Herseqovina) - "Rio Ave" (Portuqaliya) - 0:2
"Kukesi" (Albaniya) - "Volfsburq" (Almaniya) - 0:4
"Pyast" (Polşa) - "Hartberq" (Avstriya) - 3:2
"Şemrok Rovers" (İrlandiya) - "Milan" (İtaliya) - 0:2
"Standard" (Belçika) - "Bala Taun" (Uels) - 2:0
"Mura" (Sloveniya) - "Orhus" (Danimarka) - 3:0
"Kolreyn" (Şimali İrlandiya) - "Motervell" (Şotlandiya) - 2:2 (penaltilər 0:3)
"Vikinq" (Norveç) - "Aberdin" (Şotlandiya) - 0:2
"Dunayska Streda" (Slovakiya) - "Yablonets" (çexiya) - 5:3
"Osiyek" (Xorvatiya) - "Bazel" (İsveçrə) - 1:2
"Servett" (İsveçrə) - "Reyms" (Fransa) - 0:1
"Topola" (Serbiya) - "Styaua" (Rumıniya) - 6:6 (penaltilər 4:5)
"Honved" (Macarıstan) - "Malmö" (İsveç) - 0:2
"Ararat" (Ermənistan) - "Fola" (Lüksemburq) - 4:3
"Astana" (Qazaxıstan) - "Buduçnost" (Monteneqro) - 0:1
"Kuopio" (Finlandiya) - "Slovan" (Slovakiya) - 1:1 (penaltilər 4:3)
"Flora" (Estoniya) - "Reykyavik" (İslandiya) - 2:1
"Konnah Kuey" (Uels) - "Dinamo" (Tbilisi, Gürcüstan) - 0:1
"Riqa" (Latviya) - "Tre Fiori" (San-Marino) - yarımçıq dayandırılıb
"Yurqorden" (İsveç) - "Europa" (Cəbəllütariq) - 2:1
"İnter" (Andorra) – "Dandalk" (İrlandiya) - 0:1
"Sileks" (Şimali Makedoniya) – "Drita" (Kosovo) - 0:2
"Linfild" (Şimali İrlandiya) - "Floriana" (Malta) - 0:1