23 Sentyabr 2020, 19:21
AVROPA LİQASI
Futbol üzrə Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Rumıniya "Styaua"sı ilə Çexiyanın "Slovan" (Liberets) komandaları arasında keçirilməli olan oyun təxirə salına bilər.
Futbol üzrə Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Rumıniya "Styaua"sı ilə çexiyanın "Slovan" (Liberets) komandaları arasında keçirilməli olan oyun təxirə salına bilər.
Matc.az xəbər verir ki, buna meydan sahiblərinin heyətində 5 futbolçunun koronavirusa yoluxması səbəb göstərilir. Qarşılaşma baş tutsa belə, Rumıniya klubu meydana zəif heyətlə çıxmalı olacaq.
Buxarest təmsilçisi matçın vaxtının dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət edib.
Xatırladaq ki, "Styaua" Avropa Lqiasının 2-ci təsnifat mərhələsində "Baçka Topola" (Serbiya) ilə görüş öncəsi də oxşar problemlə üzləşmişdi. Həmin vaxt bu komandandada virusa 9 yoluxma halı aşkarlanmışdı. Lakin rumınlar həmin oyundan qalib ayrılmağı bacarmışdılar.
Qeyd edək ki, sentyabrın 24-nə nəzərdə tutulan "Styaua" – "Slovan" matçını Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə etməlidir.