Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
Kiprdə yerli "Apollon" klubu Polşa "Lex"ini qəbul edib. Cütün taleyi bir oyundan ibarət olduğu üçün qalib tərəf pley-off mərhələsinə yüksələcəkdi. Bu, 5 cavabsız qolla qalib gələn Polşa təmsilçisinə qismət olub.
 
"Lex" növbəti mərhələdə "Şarlerua" (Belçika) / "Partizan" (Serbiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin digər oyunları sentyabrın 24-də keçiriləcək.
 
Avropa Liqası
3-cü təsnifat mərhələsi
23 sentyabr
 
"Apollon" (Kipr) – "Lex" (Polşa) 0:5
Qol: Tiba, 42; 90+2. İshak, 47. Kaminski, 58. Şikora, 81. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest