UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində millimizi qəbul edəcək Farer adalarının heyətində dəyişiklik edilib. Matç.az xəbər verir ki, bu barədə yerli futbol federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, yarımmüdafiəçi Trondur Yensen heyətdən çıxarılıb. Buna səbəb "Torshavn"ın futbolçusunun zədələnməsidi. Baş məşqçi Lars Olsen onun əvəzinə yığmaya "B36 Torshavn"ın orta sahə oyunçusu Eli Falkvard Nilsenə dəvət göndərib.

Qeyd edək ki, Farer adaları yığması D Liqasının 3-cü qrupu çərçivəsində oktyabrın 11-də millimizi, 14-də isə Kosovonu qəbul edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest