Dağlıq Qarabağda baş verən hərbi proseslər UEFA Millətlər Liqasının təqviminə təsir etməyəcək. Matc.az xəbər verir ki, bu barədə qitə futbol qurumu Rusiyanın news.ru saytının sorğusuna əsasən açıqlama verib.

Bildirilib ki, hərbi vəziyyətə baxmayaraq, Azərbaycan və Ermənistan yığmalarının oktyabr ayında keçiriləcək Millətlər Liqası görüşləri öncədən planlaşdırıldığı şəkildə oynanılacaq: "UEFA vəziyyəti diqqətlə izləyir və qarşıdakı bütün oyunların qrafika uyğun keçirilməsi planlaşdırılır".

Ermənistan oktyabrın 11-i evdə Gürcüstanla, Azərbaycan isə oktyabrın 13-u Bakıda Kiprlə qarşılaşacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest