""Haiti prezidentinə zəng vurub yeni bir pasporta ehtiyac olduğunu söylədim. Problem olmadığını bildirsə də, bunun bir az zaman alacağı məlum idi"

"Pasportumda iki boş səhifə var. Polşa tərəfi isə sənəddə ən azı beş boş səhifəyə ehtiyac olduğunu bildirdi".

Matc.az xəbər verir ki, bu sözləri Polşanın "Super Express" nəşrinə açıqlamasında "Legiya" ilə oyunu buraxacaq "Qarabağ"ın müdafiəçisi Vild-Donald Gerye deyib.

Pasport problemi olduğu üçün ölkəmizdə qalan Haiti millisinin üzvü matçı buraxacağını bildirib:

"Haiti prezidentinə zəng vurub yeni bir pasporta ehtiyac olduğunu söylədim. Problem olmadığını bildirsə də, bunun bir az zaman alacağı məlum idi. Sonradan pasport göndərildi, amma Londonda qaldı. Əslində dünən Bakıda olmalı idi, lakin bu günlərdə London ilə Bakı arasında uçuş yoxdur. Buna görə də, pasport ala bilmədim və Varşavaya uçmağım mümkün olmadı".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" – "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest