"Bu matça bütün həftə hazırlaşmışdıq. Çox şeyi təhlil etdik. Sistemli şəkildə oynamağa çalışdıq. Ancaq llk dəqiqədən sona qədər "Qarabağ" bizdən üstün idi".

"Bu matça bütün həftə hazırlaşmışdıq. çox şeyi təhlil etdik. Sistemli şəkildə oynamağa çalışdıq. Ancaq llk dəqiqədən sona qədər "Qarabağ" bizdən üstün idi.

Matc.az xəbər verir ki, bu sözləri "Legiya"nın futbolçusu Domaqoy Antoliç Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la görüşü (0:3) dəyərləndirərkən klub saytına deyib. O, Ağdam təmsilçisini qələbə münasibətilə təbrik edib:

"Qarşılaşma boyunca rəqib bizdən üstün oynadı. Şübhəsiz ki, çox şansları var idi, daha sürətli idilər. Hamısını analiz etməli və harada səhv etdiyimizi bilməliyik. Asan oyun deyildi, ancaq irəliyə baxıb qarşıdakı matçlara köklənməliyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest