İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi çexiyanın "Slaviya" klubundan Vladimir çoufalı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. çex futbolçu yeni komandasında "5" nömrəli formada mübarizə aparacaq.
 
2017-ci ildən çexiya milli komandasına dəvət olunan çoufalın transfer məbləği açıqlanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest