Türkiyənin "Rizəspor" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi geridə qalan mövsümü İspaniyanın "Qranada" klubunda keçirən sol cinah müdafiəçisi İsmayıl Köybaşını, Serbiyanın "Srvena Zvezda" klubunun yarımmüdafiəçisi Duşan Yovançiçi, "Fənərbaxça"nın yarımmüdafiəçisi Murat Sağlamı və "Alanyaspor"un yarımmüdafiəçisi Onur Bulutu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İsmayıl Köybaşı ilə 1 illik müqavilə imzalanıb. Türkiyə millisində də oynamış 31 yaşlı futbolçu karyerası ərzində "Qaziantepspor", "Beşiktaş" və "Fənərbaxça"da da oynayıb.
 
Duşan Yovançiçlə 3 illik müqavilə imzalanıb. 2018-ci ildən "Srvena Zvezda"da çıxış edən 29 yaşlı futbolçu daha öncə "Voyvodina", "Borats" və "Zemun" klublarının da uğurları üçün çalışıb.
 
26 yaşlı Onur Bulut və 22 yaşlı Murat Sağlam isə mövsümün sonuna qədər icarəyə götürülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest