İtaliyanın "Yuventus" klubu idman direktoru Fabio Paratici ilə yollarını ayırmağa hazırlaşır.
 
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "qoca sinyora" mütəxəssisin fəaliyyətindən razı deyil.
 
Bundan başqa, Paraticinin baş məşqçi Adrea Pirlo ilə münasibətlərinin yaxşı olmaması da əsas səbəblərdən biridir.
 
Turin klubunun artıq Paraticiyə əvəzləyici tapdığı da bildirilir. Məlumata görə, "Yuventus"un bu vəzifə üçün əsas namizədi Rusiyanın "Zenit" klubunun idman direktoru Xavier Ribaltadır. Ribalta 2012-2017-ci illərdə "Yuventus"da çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest