Dünyanın ən bahalı futbolçusunun adı açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda birinci yerdə PSJ-nin hücumçusu Kilian Mbappe qərarlaşıb.

Məlumata görə, fransalı oyunçunun ən yaxın izləyicisilə arasında 30 milyon fərq var. Onun hazırkı dəyəri 265 milyon avro olaraq dəyərləndirilib.

İlk üçdə Rahim Sterlinq ("Mançester Siti") və Muhammed Salah ("Liverpul") yer alıb. "Barselona"nın kapitanı Lionel Messi isə ilk onluğa daxil olub.

Qeyd edək ki, Mbappe 2018-ci ildə Fransa millisi ilə dünya çempionluğunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest