"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.
 
Matc.az xəbər verir ki, o, Avropa Liqasında qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək "Hapoel" (Beer-Şeva, İsrail) - "Slaviya" (Praqa, çexiya) matçında UEFA nümayəndəsi olacaq.
 
Oktyabrın 22-də keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 20:55-də start veriləcək.
 
Qeyd edək ki, AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov isə "Slovan" (Liberets, çexiya) - "Gent" (Belçika) oyununda eyni funksiyanı yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest