Futbol üzrə Avropa Liqasının oyununu ilk dəfə qadın baş hakim idarə edəcək.
 
Matc.az xəbər verir ki, qrup mərhələsində ilk turun "Lester Siti" (İngiltərə) - "Zarya" (Ukrayna) matçı Fransadan olan hakimlər briqadasına tapşırılıb.
 
Bu oyunun baş hakimi Stefani Frappar təyin olunub. Ona yan xətt hakimləri Siril Mönye və Benjamen Pajes kömək edəcək. Dördüncü hakim funksiyasını isə Joan Amel yerinə yetirəcək.
 
Qeyd edək ki, Stefani Frappar daha əvvəl 2019-cu ildə İngiltərənin "Liverpul" və "çelsi" (2:2, penaltilərdə 5:4) komandaları arasında keçirilmiş UEFA Super Kuboku uğrunda matçın baş hakimi olub.
 
Xatırladaq ki, oktyabrın 22-də keçiriləcək "Lester Siti" - "Zarya" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest