Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə "Makkabi"nin qonağı olacaq "Qarabağ" bu gün İsrailə yollanıb.
 
Matc.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 11:00-da Təl-Əviv şəhərinə gedən Ağdam təmsilçisi üç saatlıq uçuşdan sonra qalacağı otelə çatıb.
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 20:45-də media mənsublarının suallarını cavablandıracaq. Komanda isə Bakı vaxtı ilə saat 21:00-da matçın keçiriləcəyi "Blumfild" stadionunda son məşqinə çıxacaq.
 
"Makkabi" – "Qarabağ" matçı sabah, saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest