İtaliyanın "İnter" klubunun kollektivi UEFA çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Almaniyada "Borussiya" (Münhenqladbax) komandasına qarşı keçirəcəyi oyundan öncə koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, Milan təmsilçisinin müdafiəçisi Eşli Yanqın testinin nəticəsi müsbət olub.
 
35 yaşlı futbolçu hazırda karantindədir. Bundan əlavə "İnter"də Alessandro Bastoni və Raca Naynqqolan koronavirusdan sağalıb.
 
Qeyd edək ki, bu gün keçiriləcək "İnter" – "Borussiya" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest