22 Oktyabr 2020, 21:36
AVROPA LİQASI
UEFA İntizam Komitəsi "Qarabağ"a rəsmi xəbərdarlıq edib.
Matc.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Avropa Liqasının pley-off mərhələsində "Legiya" ilə Polşada keçirilən səfər oyunundan (3:0) sonra futbolçular və məşqçilər heyətinin üzvləri hərbi salam verdiyi üçün İntizam Komitəsi Ağdam klubuna xəbərdarlıq edib.
"Qarabağ"lıların hərbi salamı siyasi jest kimi qiymətləndirilib. Buna görə də Ağdam klubunun 13 futbolçusu və məşqçilər heyətinin üzvləri də daxil olmaqla klubun 14 nümayəndəsi xəbərdarlıq alıb.
Xatırladaq ki, oktyabrın 1-də Avropa Liqasının pley-off mərhələsində "Legiya"nı məğlub edərək qrupa adlayan "Qarabağ"ın heyəti qarşılaşmadan sonra qələbəni hərbi salamla qeyd edib.