"Uzun fasilədən sonra bütün gücümüzlə qayıtdığımızı "Qarabağ"la oyunda göstərdik. Əsas hədəfimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır"

İsrailin "Makkabi" (Təl-Əviv) klubunun yarımmüdafiəçisi Dan Qlazer Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
 
"Uzun müddətdir oynamadığıma görə futbol üçün darıxmışdım. "Qarabağ"la oyunun qələbəmizlə başa çatdığına görə sevinirəm. Futbol üçün ac idik, yenidən meydana qayıtdım və komandam qələbə qazandı. Uzun fasilədən sonra bütün gücümüzlə qayıtdığımızı "Qarabağ"la oyunda göstərdik. Əsas hədəfimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest