23 Oktyabr 2020, 11:12
AVROPA LİQASI
Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Vilyarreal"a qarşı keçirdikləri oyunu şərh edib.
Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza çalımbay Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Vilyarreal"a qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, 57 yaşlı mütəxəssis 3:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
"Səfərdə "Vilyarreal"a 3 qol vurmaq asan deyil. Oyun ərzində konsentrasiyanı itirmədik. Amma müəyyən səhvlərimiz oldu ki, onları etməməliydik. Buraxdığımız bəzi qollar adımıza yaraşmadı. Son iki qolda isə bəxtimiz gətirmədi. Bu komanda ilə evdəki matçı səbirsizliklə gözləyirik".
çalımbay qrupun qalan 5 oyununda meydana ən yaxşı nəticə üçün çıxacaqlarını bəyan edib: "Makkabi" ilə görüşdə qələbədən başqa heç nə fikirləşmirik. Qarşıdakı 2 matçı qazanıb, böyük üstünlük əldə edəcəyik. Yeganə məqsədimiz qalibiyyətdir. Zədəli futbolçularımız da qayıtdıqdan sonra hər şey daha yaxşı olacaq. Komandama güvənirəm".
Qeyd edək ki, "Sivasspor" oktyabrın 29-da İsrailin "Makkabi" (Təl-Əviv) klubunu, 1 həftə sonra isə "Qarabağ"ı qəbul edəcək.