23 Oktyabr 2020, 11:58
AVROPA LİQASI
Avropa Liqasında qrup mərhələsinin ilk turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı adına namizədlər arasında "Qarabağ"ın turnirdəki rəqiblərindən olan "Vilyarreal"ın futbolçusu Takofuso Kubo da var. Digər namizədlər isə "Lill"dən Yusuf Yazıçı, "Benfika"dan Darvin Nunes və "Lester Siti"dən Keleçi İheanaçodur.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.