25 Oktyabr 2020, 14:11
AVROPA LİQASI
"Şükür ki, bütün futbolçularımız sağlamdır. "Hapoel" (Beer-Şeva) ilə oyunda yaxşı nəticə qazanacağımıza inanıram".
Matc.az xəbər verir ki, bunu İsrail "Makkabi"snin (Təl-Əviv) futbolçusu Eyal Qolasa ölkə çempionatının 5-ci turunda bu gün "Hapoel" (Beer-Şeva) ilə keçirəcəkləri ev oyunu barədə danışarkən deyib.
Liqaya yaxşı start vermədiklərini söyləyən 29 yaşlı yarımmüdafiəçi qarşıda komandasını uzun və çətin yol gözlədiyini bildirib: "Bizdən fərqli, rəqib mövsümə çox yaxşı başlayıb. Bu, onlarla ilk oyunumuz deyil. "Hapoel"i yaxşı tanıyırıq, rəqibin gücünə bələdik".
Avropa Liqasının İ qrupunun ilk turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən də söz açan israilli oyunçu bunları söyləyib: "Avrokubok oyununda qələbə hər zaman sevindiricidir. Düşünürəm ki, Avropa Liqasına yaxşı start verdik. İlk matçda qazandığımız 3 xal növbəti oyunlar üçün stimuldur. İndi isə bizi qarşıda "Hapoel"lə çempionatı oyunu gözləyir".
Qeyd edək ki, "Makkabi" (Təl-Əviv) - "Hapoel" (Beer-Şeva) oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bunadək çempionatda 2 oyun keçirən Təl-Əviv təmsilçisi 1 xalla 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.