28 Oktyabr 2020, 10:05
AVROPA LİQASI
Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniyanın "Vilyarreal" klubunu qəbul edəcək Azərbaycan çempionu "Qarabağ" dünən Türkiyəyə yollanıb.
Matc.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İstanbul Hava Limanında qardaş ölkə mətbuatına qısa açıqlama verib.
O, ev oyununu "Başakşəhər Fatih Terim" stadionunda keçirəcəkləri üçün sevincli olduqlarını söyləyib:
"Qardaş ölkəyə sevə-sevə gəldik. Bizə başqa ölkələr, stadionlar təklif olundu. Ancaq biz Türkiyədə oynamaq istədiyimizi dedik. Bunun üçün israr etdik. Burada oyun keçirəcəyimiz üçün sevincliyik".
Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək "Qarabağ" - "Vilyarreal" matçına Bakı vaxtı ilə 21:55-də start veriləcək.