28 Oktyabr 2020, 17:14
AVROPA LİQASI
"Bu matçda qələbə qazanmaq çox önəmlidir. Qrup birincisi olmaq istəyirik və bu səbəbdən 3 xal əldə etməliyik. Oyuna yaxşı köklənmişik. Komanda olaraq motivasiyalı və istəkliyik. Amma qələbə qazanmaq çətin olacaq"
İspaniyanın "Vilyarreal" klubunun hücumçusu Karlos Bakka Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu bu gün İstanbulda keçirilən mətbuat konfransında bunları söyləyib:
"Bu matçda qələbə qazanmaq çox önəmlidir. Qrup birincisi olmaq istəyirik və bu səbəbdən 3 xal əldə etməliyik. Oyuna yaxşı köklənmişik. Komanda olaraq motivasiyalı və istəkliyik. Amma qələbə qazanmaq çətin olacaq. çünki sabah əla rəqibə qarşı oynayacağıq. Amma biz kim olduğumuzu göstərmək üçün qrupda birinci yeri tutmalıyıq".
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.