Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Belçika "Antverpen"i ilə səfər oyunu "Tottenhem"in qapıçısı Uqo Lyoris üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, o, qitə miqyaslı yarışlarda 100-cü oyununu keçirib.
 
Bununla da təcrübəli qolkiper avrokuboklarda 100 matç həddinə çatan ilk fransız qapıçı olub. 
 
Lyoris indiyə qədər UEFA çempionlar Liqasında 32, Avropa Liqasında isə 68 oyuna çıxıb.
 
Qeyd edək ki, "Tottenhem" "Antverpen"lə oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest