Sol ayaq əzələsində yırtıq aşkarlanan Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Daha əvvəl ayağından əməliyyat olunmuş Aaron Appindanqoenin müalicəsində sonuncu mərhələ başlayıb. Sağ dizində problem aşkarlanan Sergey Rıbalka və Ziya Erdalın 1 həftədən sonra məşqlərə başlayacağı bildirilib. Onların Ağdam klubu ilə görüşü buraxacağı dəqiqdir.

Türkiyənin "Sivasspor" klubu ciddi itkilərlə üzləşib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində qarşılaşacağı Azərbaycan çempionu "Qarabağ"la oyunda azı 4 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
 
Klubun rəsmi saytının yaydığı məlumata görə, sol ayaq əzələsində yırtıq aşkarlanan Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Daha əvvəl ayağından əməliyyat olunmuş Aaron Appindanqoenin müalicəsində sonuncu mərhələ başlayıb. Sağ dizində problem aşkarlanan Sergey Rıbalka və Ziya Erdalın 1 həftədən sonra məşqlərə başlayacağı bildirilib. Onların Ağdam klubu ilə görüşü buraxacağı dəqiqdir.
 
Digər zədəli Marselo Qoyanonun isə yaxın günlərdə komanda ilə hazırlıq prosesinə qoşulacağı gözlənilir.
 
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest