"Həm "Vilyarreal", həm də "Makkabi" ilə oyunda (1:2) bəxtimiz gətirmədi. "Makkabi" ilə oyunda qırmızı vərəqəyə qədər nəzarət bizdə idi. Zədəli futbolçularımız olduğu üçün dəyişiklik etməyə çətinlik çəkirdik"

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sivasspor"un baş məşqçisi Rıza çalımbay açıqlama verib.
 
Matc.az xəbər verir ki, "Radyospor"a danışan mütəxəssis, qrupdakı oyunlarla bağlı fikirlərini bölüşüb:
 
"Həm "Vilyarreal", həm də "Makkabi" ilə oyunda (1:2) bəxtimiz gətirmədi. "Makkabi" ilə oyunda qırmızı vərəqəyə qədər nəzarət bizdə idi. Zədəli futbolçularımız olduğu üçün dəyişiklik etməyə çətinlik çəkirdik. Qarşıdakı oyunlara köklənməliyik. Qarşıda 4 oyunumuz var. "Makkabi"ni İsraildə məğlub edəcəyimizi düşünürəm. "Qarabağ"a qalib gələrək, üç xal qazanmaq istəyirik".
 
"Sivasspor" turnirin növbəti mərhələsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək. Oyun noyabrın 5-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest