Argentinanın "Ximnasiya" klubunun baş məşqçisi Dieqo Maradona əməliyyat olunub.
 
Matc.az xəbər verir ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən 60 yaşlı mütəxəssis ötən gecə təcili əməliyyata götürülüb.
 
Xroniki subdural hematoma diaqnozu qoyulan məşqçinin əməliyyatı uğurlu keçib. Futbolçunun həkimi Leopoldo Luke xəstənin durumun yaxşı olduğunu bildirib: "Əməliyyat 120 dəqiqə çəkdi. Hər şey normal və fəsadsız başa çatdı".
 
Maradona oktyabrın 30-da "Ximnasiya"nın "Patronato"nu 3:0 hesabı ilə yendiyi çempionat matçında ictimaiyyət qarşısına çıxıb. Bu qələbə əfsanəvi futbolçunun 60 illik yubileyinə təsadüf edib. O, oyundan öncə xatirə lövhəsi alıb, amma özünü piss hiss etdiyini deyərək, qarşılaşmanı sonadək izləməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest