04 Noyabr 2020, 12:02
AVROPA LİQASI
Sabah Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"un qonağı olacaq "Qarabağ" Bakını tərk edib.
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 11:30-da Sivas şəhərinə yollanıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 19:40-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda matçın keçiriləcəyi "Sivas 4 Eylül" stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.