"Qarabağ"la oyuna gəlincə, meydana qələbə üçün çıxacağıq. Yaxşı oynayan qələbə qazanacaq. Ümid edirəm ki, sevinən tərəf biz olacağıq və bunun davamını növbəti matçlarda gətirəcəyik".

Türkiyənin "Sivasspor" klubunun müdafiəçisi Uğur çiftçi Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyundan danışıb.
 
Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Azərbaycan qardaş ölkədir. Onların yanındayıq və bu, hər zaman belə olacaq.
 
"Qarabağ"la oyuna gəlincə, meydana qələbə üçün çıxacağıq. Yaxşı oynayan qələbə qazanacaq. ümid edirəm ki, sevinən tərəf biz olacağıq və bunun davamını növbəti matçlarda gətirəcəyik".
 
Təcrübəli oyunçunun sözlərinə görə, "Qarabağ"la matç uğurlu seriyanın başlanğıcı olacaq: "Bütün matçlarda meydana 3 xal üçün çıxırıq. Yaxşı oynadığımız matçlarda yenilmək bizi məyus edir. Açığı, qrafik sıx olduğundan üzülməyə vaxt olmur. Vəziyyəti düzəltməyə çalışırıq. "Qarabağ"ı hər iki oyunda udsaq, üstünlük bizə keçəcək. Sabah baş tutacaq matç qələbəmizin başlanğıcı ola bilər. Keyfiyyətli komandamız var və üst pillələr uğrunda mübarizə apara bilərik".
 
Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest