Futbol üzrə Azərbaycan çempionu "Qarabağ" bu gün Avropa Liqasında növbəti matçına çıxıb.
Matc.az xəbər verir ki, Ağdam klubu bu turnirin qrup mərhələsinin üçüncü turu çərçivəsində səfərdə Türkiyə "Sivasspor"u ilə üz-üzə gəlib.
Geridə qalan iki turu məğlubiyyətlə başa vuran komandalar Sivasda ilk xallarını qazanmağa çalışıblar. Təl-Əvivdə "Makkabi"yə 0:1, İstanbulda "Vilyarreal"a 1:3 hesabı ilə uduzan "Qarabağ" 1/16 final mərhələsinə vəsiqə şansını davam etdirmək üçün qardaş ölkədən qalibiyyətlə dönməli idi. Amma təəssüf ki, Ağdam klubu bu görüşdən də məğlub ayrılıb.
Avropa Liqası
İ qrupu
5 noyabr
"Sivasspor" – "Qarabağ" 2:0
Qol: C.Osmanpaşa, 11. O.Kayode, 88.
Baş hakim: Sandro Şörer (İsveçrə).
Sivas. "Yeni 4 Eylül" stadionu.
Sivasspor: 30. Mamadu Samassa, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa, 3. Uğur çiftçi, 8. Robin Yalçın, 6. Klaudemir, 76. Faysal Fajr, 17. Erdoğan Yeşilyurt, 37. Hakan Arslan (k), 9. Mustafa Yatabare, 29. Kazimir Ninqa.
Ehtiyat oyunçular: 25. Muammer Yıldırım, 2. Aruna Kone, 5. İsaak Kofi, 7. Maks Qradel, 10. Yasin öztekin, 19. Kubilay Eren Şahin, 80. Olarenvaju Kayode.
Baş məşqçi: Rıza çalımbay.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 77. Donald Gerye, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 27. Patrik Andrade, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Vilyarreal – 6, Makkabi – 6, Sivasspor – 3, Qarabağ – 0.