"Sivasspor"la oyunda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Yaxşı matç olacağına ümid edirəm".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın direktoru Emrah çelikel Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Türkiyədə "Sivasspor"a qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
 
Klub rəsmisi bu gün iki qardaş ölkənin komandalarının qarşılaşacağını bildirib: "Stadionda çox gözəl ab-havanın olacağına inanıram. Hər bir halda qarşılaşmaya 3 xal qazanmaq üçün çıxacağıq".
 
çelikel komandanın dördüncü turda "Sivasspor"la ev matçının hansı ölkədə keçirilməsi barədə qərarın hələ verilmədiyini söyləyib: "Ev oyunlarımızı da səfərdə keçiririk. Bu isə komandaya əlavə yorğunluq gətirir". (report)
 
Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest