Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində səfərdə Türkiyənin "Sivasspor" klubu ilə qarşılaşacaq.
 
Matc.az xəbər verir ki, Ağdam klubunun direktoru Emrah çelikel, baş meneceri Asif Əsgərov və digər idari heyəti bu gün Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yılmaz və digər əməkdaşları ilə görüşüb.
 
Görüşdə rektora "Qarabağ" forması xatirə kimi təqdim olunub, eyni zamanda klubun idarə heyətinə universitetin xatirə hədiyyələri verilib. Sonda isə xatirə şəkili çəkilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest