Bu, xorvatiyalı oyunçunun turnirdəki üçüncü xəbərdarlığı olub. Ozobiç bu səbəbdən növbəti turda "Sivasspor"la ev matçını buraxmalı olacaq.

"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç cəzalı duruma düşüb.
 
Matc.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Türkiyədə "Sivasspor"a qarşı keçirilən səfər matçının 53-cü dəqiqəsində sarı vərəqə alıb.
 
Bu, xorvatiyalı oyunçunun turnirdəki üçüncü xəbərdarlığı olub. Ozobiç bu səbəbdən növbəti turda "Sivasspor"la ev matçını buraxmalı olacaq.
 
Qeyd edək ki, "Qarabağ" "Sivasspor"a bu oyunda 0:2 hesabı ilə məğlub olub. "Qarabağ" - "Sivasspor" qarşılaşması isə noyabrın 29-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest